
Qobu, Güzdək qəsəbələrinə, Hökməli qəsəbəsinin və Yasamal rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.Buna səbəb isə magistral su xəttində aparılacaq təmir-bərpa işləridir.Təmir işlərinin bazar günü yekunlaşacağı planlaşdırılır. Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.Bu müddətdə sakinlərə maşınlarla su veriləcək.