EN

AFFA 2 komandanı ağır cəzalandırdı

  AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

Bu barədə qurumun iclasında qərar qəbul edilib.

U-12 Liqasında "Kürdəmir" - "Çərəkə" (Göyçay) oyunu meydan sahiblərinin heyətində kifayət qədər oyunçu olmadığına görə baş tutmayıb. Bu səbəbdən "Kürdəmir"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında "Karvan" (Yevlax) və "Antiguoko International" komandalarının oyununda isə Yevlax təmsilçisi təyin edilən vaxtda meydana çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib./Publika.az  

Chosen
68
17
referans.az

10Sources