Novxanı bağlarında baş verən partlayışla bağlı araşdırma aparılır.
Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
TƏBİB-dən isə bildirilib ki, Novxanıda fərdi yaşayış evində partlayış baş verməsi səbəbindən dekabrın 3-də saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb edilib: "Hadisə nəticəsində xəsarət alan iki nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".