EN

Azərbaycan Böyük Britaniya ilə vergi sahəsində məlumat mübadiləsi ilə bağlı müzakirələr aparıb

Bakı. Trend:

Azərbaycan və Böyük Britaniya arasında vergi sahəsində məlumatmübadiləsi ilə bağlı müzakirələr aparılıb.

Trendİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX)istinadən xəbər verir ki, qurumun rəis müavini Samirə MusayevaBöyük Britaniya Vergi və Gömrük Administrasiyasının (HMRC) başicraçı direktorunun müavini xanım Ancela MakDonald iləvideokonfrans formatında görüş keçirib.

Görüşdə iki qurum arasında əməkdaşlığın genişləndirilməsiistiqamətində həyata keçirilən tədbirlərin, irəli sürüləntəşəbbüslərin əhəmiyyəti vurğulanıb və qarşılıqlı əlaqələringücləndirilməsi sayəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadəolunub.

Görüş zamanı vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsindəstrateji hədəflər və dayanıqlı iqtisadiyyatın inkişafıistiqamətində həyata keçirilən islahatlar müzakirə edilib, vergimühitinin təkmilləşdirilməsi ilə bağlı layihələr üzrə əməkdaşlıq vəbirgə fəaliyyətin təşkili mexanizmləri barədə fikir mübadiləsiaparılıb. Müzakirələr zamanı ölkəmizin IOTA-ya prezidentliyidövründə müəyyənləşdirilmiş prioritetlər və Təşkilat çərçivəsindəfəaliyyətin əlaqələndirilməsi məsələlərinə də toxunulub.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında vergi sahəsindəməlumat mübadiləsi, təcrübə proqramlarının təşkili, ikitərəfli vəçoxtərəfli əməkdaşlıq formatı barədə müzakirələr aparılıb. Birgəfəaliyyətin qlobal vergi mühitində şəffaflığın artırılması,səmərəli işbirliyinin təşkili və vergidən yayınma hallarınınazaldılması üçün faydaları diqqətə çatdırılıb.

Chosen
54
10
az.trend.az

10Sources