EN

Sabiq prezident azyaşlıya təcavüzdə ittiham edilir

Boliviyanın keçmiş prezidenti Evo Morales haqqında yetkinlik yaşına çatmayan uşağa təcavüz etmək ittihamı ilə istintaq başladılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Sezar Siles məlumat verib.

Yerli mətbuat hesab edir ki, qurban 2014-cü ildə yaradılan “Generation Evo” gənclər təşkilatının üzvü olub.

Morales özü ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, onları siyasi fəaliyyəti ilə əlaqələndirib. Onun sözlərinə görə, bütün neoliberal hökumətlər onu təqib edib, həbsə atmağa cəhd ediblər. 2025-ci ildə o, ölkə prezidentliyi uğrunda mübarizə aparmağı planlaşdırır.


Müəllif: Arzu
Chosen
186
1
teleqraf.com

2Sources