EN

Qəzzadan daha yüz nəfərin Türkiyəyə təxliyyəsi nəzərdə tutulur - Türkiyə XİN

Bu gün Qəzzadan daha yüz nəfərin Türkiyəyə təxliyyəsi nəzərdə tutulur.

Day.Az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli söyləyib.

XİN nümayəndəsi deyib: "Vəziyyətdən asılı olaraq, şərtlər dəyişmədiyi təqdirdə Türkiyə vətəndaşları və onların ailə üzvləri olmaqla, daha yüz nəfərin təxliyyəsi planlaşdırılır".

Noyabrın 18-də Qəzzadan təxliyə edilən 44 nəfər bu gün Türkiyəyə gətiriləcək. Onların arasında türklərlə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşları və onların ailə üzvləri də var.

Chosen
264
10
day.az

10Sources