EN

"Google Maps"də rəng dəyişikliyi edilib

"Google" heç kəsin xəbəri olmadan "Google Maps" tətbiqinin bəzi rənglərini dəyişib.

MediaPost xəbər verir ki, ilk dəfə avqustun sonlarında məhdud bir sınaq olaraq qeyd edilən "Google Maps"də bir qədər dəyişdirilmiş rəng sxemi var bu həftədən etibarən daha geniş rəng sxemi auditoriyaya nümayiş etdirilib. Dəyişikliklər haqqında daha dəqiq desək, ən çox diqqət çəkəni su obyektləri üçün mavi rəngin indi əvvəlkindən xeyli açıq olmasıdır. Yollar boz (əvvəllər ağ idi) və meşəlik ərazilər əvvəlkindən daha tünd yaşıl rəngdədir.

Bu, böyük dəyişiklik deyil, lakin əgər siz "Google Maps"in illərdir görünüşünə həqiqətən öyrəşmisinizsə, bu, ilk vaxtlar diqqətinizi çox yayındıra bilər."Google"un bunu etmə səbəbi hələ ki məlum deyil. İndiki xəritə daha çox "Apple" xəritələrinə bənzəsə də, nəzərə almalıyıq ki, "Google Maps" həmişə "Apple"dan daha yaxşı reputasiyaya malik olub.

Leyla Rüstəmova

Xəbərlər departamenti

Chosen
743
36
mediapost.az

10Sources