EN

Rusiya Ukraynada daha 1200 hərbiçisini itirdi

 Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1200 hərbçisini itirib.  Avropa .info UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 621 550 nəfərə çatıb.  azal vakansiyaHəmçinin son sutka ərzində Rusiyaya məxsus 6 tank, 21 zirehli döyüş maşını, 31 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub

Chosen
257
9
avropa.info

10Sources