EN

Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Gəncə şəhərində avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən ali məktəblərin birinin qarşısında qeydə alınıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Q.Həsənov və daha 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
201
13
report.az

10Sources