EN

"Gürcüstan "3+3" formatında iştirak etməyib və etməyəcək"

Gürcüstanın "3+3" platforması ilə bağlı mövqeyi birmənalıdır: ölkə bu formatda iştirak etməyib, etmir və etməyəcək.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkənin İctimai kanalının efirində deyib.

O, Gürcüstanın qonşu ölkələrlə - Türkiyə, Azərbaycan və Ermənistanla ikitərəfli formatlarda çox yaxşı münasibətlərinin və əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.



Chosen
170
8
visiontv.az

10Sources