Dünyaca məşhur yarışma “Düşən pullar” verilişinin 2-ci buraxılışı yayımlanıb.
"Ölkə.az" xəbər verir ki, AzTV-də yayımlanan layihənin bu dəfəki qonaqları Əməkdar artistlər Nahidə Orucova və Nicat Kazımov olub. Onlar gərgin mübarizəyə qoşularaq 100 min manat uğrunda yarışıblar. 5-ci suala kimi 100 min manatla gələn iştirakçılar 5-ci sualda çətin anlar yaşayıblar. Əməkdar artistlər "smaylik"lə bağlı suala səhv cavab verərək 100 min manatın hamısını itiriblər.
Layihənin aparıcısı Şəhriyar Əbilovdur.(Primetime.az)