AZ

Gürcüstan Tehran görüşündə iştirak etməyəcək

Gürcüstan sabah Tehranda keçirilməsi planlaşdırılan “3+3” (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) formatında keçiriləcək iclasda təmsil olunmayacaq.Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Gürcüstan bu görüşdə heç vaxt iştirak etməyib və iştirak etmir”, - deyə bildirilib. Qeyd edək ki, ilk dəfə “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub.

Sabah İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə isə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

AzVision.az

Seçilən
2
37
azvision.az

10Mənbələr