AZ

Lavrov: "Rusiya ilə KXDR arasında münasibətlər keyfiyyətcə yeni, strateji səviyyəyə çatıb

"İki ölkə liderlərinin sentyabr görüşündən sonra Rusiya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında münasibətlər keyfiyyətcə yeni, strateji səviyyəyə yüksəlib". Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kumsusan hökumət iqamətgahında Şimali Koreyalı həmkarı Çoi Sonq He ilə görüşün əvvəlində deyib. “Sentyabrın 13-də Vostoçnıy kosmodromunda prezident Vladimir Putin və dövlət başçısı Kim Çen In arasında keçirilən tarixi sammitdən sonra əminliklə deyə bilərik ki, bu münasibətlər keyfiyyətcə yeni, strateji səviyyəyə çatıb”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. Rusiyalı nazir xatırladıb ki, 75 il əvvəl Koreyanın yapon müstəmləkəçiliyindən azad edilməsində mühüm rol oynayan Sovet İttifaqı gənc Koreya dövlətini ilk dəfə tanıyıb, sonra isə ona milli iqtisadiyyatın inkişafında yardım edib. Ölkədə elm, mədəniyyət və təhsil səviyyəsinin yüksəldilməsinə yardım edib. “Biz Yoldaş Kim İr Senin, sonra isə yoldaş Kim Çen İrin münasibətlərimizin inkişafına verdiyi əvəzsiz töhfəni həmişə xatırlayacağıq”, - deyə Lavrov vurğulayıb Öz növbəsində, KXDR Xarici İşlər Naziri: “Yoldaşlıq əlaqələrinin möhkəmləndiyi iki ölkənin xarici işlər nazirlərinin təkbətək görüşləri uzunmüddətli dostluq tarixinə malik Koreya-Rusiya ikitərəfli münasibətlərinin inkişaf dinamikası nümayiş etdirdiyini və yeni, keyfiyyətcə yüksək səviyyədə inkişaf etdiyini sübut edir”,- deyə qeyd edib. O əlavə edib ki, Şimali Koreyada Lavrovla danışıqlar Vladimir Putin və Kim Çen In arasında sentyabr sammitində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün mühüm məqam olacaq. Qadir, Bizimyol.info

Seçilən
279
28
bizimyol.info

10Mənbələr