AZ

Fransa Ukraynanın bəyənməyib imtina etdiyi zirehli maşınları Ermənistana verdi

“Bastion” tipli yüngül zirehli maşınların ilk partiyası yaxın vaxtlarda İrəvana çatdırılacaq”.

Azpost.info xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla görüşündə deyib.

“Sizin Parisə səfəriniz zamanı biz gecəgörmə cihazlarının satışına dair müqavilə imzaladıq. “Bastion” markalı maşınların ilk partiyası tezliklə İrəvanda olacaq”, – fransalı nazir bildirib.

Fransa mətbuatının  yazdığına görə, Ukrayna fransız hərbi texnikasının zəifliyindən şikayətlənərək “Bastion” zirehli maşınlarından imtina edib. Fransa isə bu ziyandan qurtulmaq üçün həmin zirehli maşınları Ermənistana göndərib. Belə ki, Kiyev artilleriya atəşi və tank əleyhinə raketlərdən qorunmaq üçün bu maşınların zəif olduğunu bəyan edib.

Azpost.info

Seçilən
117
4
azpost.info

5Mənbələr