AZ

İpoxondriya xəstəliyi nədir? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Xəstəlikdən qorxmağı biz daha çox pandemiyadan sonra müşahidə edirik. Ümumiyyətlə xəstəlikdən qorxmaq daha çox ölüm qorxusundan yaranan bir simptonlardır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq bildirib ki, bu ipoxondriya yəni xəstəlik xəstəliyidir: “Bəzi insanlar qorxur ki, özlərində təhlükəli əlamətlər görə bilərlər. Həmişə haralarısa ağrayır, özlərinə bunu problem edirlər. Bunu isə daha çox təşviş pozuntularına daxil etmək olar çünki insan narahatçılıq içərisindədi və bu düşüncələrdən hər zaman xəstəymiş kimi hiss edir. Daha çox həkimə müraciət edir və məhz bu tip insanlar məsuliyyətsiz, qeyri-peşəkar həkimə gedib onların qurbanına çevrilirlər. Amma bunu da qeyd edim ki, doğru həkimlərimiz də var və onları psixoloqlara göndərirlər. Bu sağlamlıq təşvişindən əziyyət çəkən insanların hər hansı bir ağrıları olduğu zaman, onların internetdə bununla bağlı kiçik axtarış etdiklərini görə bilərsiz. Oradakı ən pis məlumatı tapıb onun həyacanını yaşayırlar. Xəstəliklə bağlı verlişlərə baxırlar və həmin təşvişi oradan hiss etmək olar. Belə hallar yaşayan insanlar mütləq psixoterapiya alsınlar çünki bu özündən başqa ətrafınada yanlış təsir görstərməyə başlayır.

İnsanın yaxını belə davranırsa bu çox üzücüdür, bezdiricidir. Çünki o adamın təşvişini, inanclarını, narahatçılığını görmək qarşı tərəf üçün bezdiricidir. Ona görə onlar insanları da özündən uzaqlaşdırır, xüsusilə bunu cavanlar etdikdə bu ona qocalıq, ağırlıq verir. Daim xəstəliklərlərdən danışmaq, düşünmək, həmişə şikayətlənmək insanlara həqiqətəndə yorucu gəlir. Axı cəmiyyətdə anlamır ki bunun bir psixoloji tərəfi var. Elə xəstələrə “Sən dəlisən, başınxarabdır” və s. ifadələr işlənilir və bu da anlaşılmazlığa gətirib çıxardır. Cəmiyyətdə də bu insanı gözəl tərəfdən göstərmir, ona görə əgər kimsə bundan əziyyət çəkirsə, mütləq bunun müalicəsinə başlamalıdır. Həqiqətən müxtəlif analiz və müayinələrdən sonra heç bir bəlli xəstəliyi ortalığa çıxmırsa, deməli o da ipoxondriya xəstəliyindən əziyyət çəkir”.

Müəllif: Sevilin Abbasova
Seçilən
219
48
sia.az

10Mənbələr