AZ

İşsizlikdən çox vakant yerlərə ixtisasların düz gəlməməsi problemi var - Elşən Musayev

“Xaricdəki səfirliklərimizdə, diplomatik qurumlarda mühafizənin sayı artırılmalıdır. Hörmətli nazir Samir Şərifov bununla bağlı bildirib ki, bu addımı atarkən ikinci dövlətin maraqlarını da gözləməliyik. Səfirliklər bizim ərazimizdir, onu necə mühafizə edəcəyimiz bizim şəxsi işimiz olmalıdır”.
Hafta.az xəbər verir ki, bunu deputat Elşən Musayev Milli Məclisin 2024-cü il büdcə layihəsinin müzakirəsində deyib.
E.Musayev eyni zamanda hesab edir ki, peşə ixtisasları xüsusi şəkildə təşkil olunmalıdır. Onun sözlərinə görə, işsizlikdən çox vakant yerlərə ixtisasların düz gəlməməsi problemi var.
Deputat o cümlədən xaricdə təhsil proqramını effektli layihə olaraq önə çəkib. Bildirib ki, O proqramın “xaricdə təhsil alan gənclər mütləq geri qayıtmalıdır” şərtinin çərçivəsinin  genişlənməsi ölkəmiz üçün yaxşı olar.

Seçilən
264
32
hafta.az

10Mənbələr