AZ

Elmi Cərrahiyyə Mərkəzinə yeni direktor müavini təyin olunub

Professor İlham Kazımov Səhiyyə Nazirliyinin Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat alıb.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, nazir Teymur Musayev bununla bağlı müvafiq əmr imzalayıb.

 

Qeyd edək ki, İ.Kazımov ixtisasca ümumi cərrahdır. O, bundan əvvəl həmin tibb müəssisəsinin elmi katibi vəzifəsində çalışırdı.

Seçilən
426
3
aztibb.az

10Mənbələr