AZ

“ASALA Paşinyan hökümətini devirmək istəyir” – Rusiyalı politoloqdan İDDİA

Erməni terror təşkilatı ASALA Ermənistan hökumətinə qarşı müharibə elan edərək terror aktları törədəcəyini bəyan edib.
Son dövrlərdən məlum olduğu kimi ASALA erməni təşkilatı hazırki Ermənistan hökumətinin siyasətini bəyənmədiyini vurğulayırdı.
ASALA kimi radikal terror təşkilatının Ermənistan hökumətinə müharibə elan etməsinin  əsas səbəbi nədir? Rusiyanın burda əli ola bilərmi?
Məsələ ilə rus politoloq Vladimir Kiriloviç  Ednews-a açıqlamasında  bildirib  ki, ASALA-nı hazırda Qərb dövlətlərinin radikal qüvvələri maliyyələşdirir. 
“Erməni Təşkilatı olan ASALA fəaliyyətini Fransada daha çox göstərməkdədir.
Bu tarixən belə olub.
Buna səbəb isə bu ölkədə erməni terrorçulara sərbəst hərəkətinə icazə verilib.
Bundan başqa ABŞ, Yunanıstan, Cənubi Kipr, İsveçrə və Kanadada fəaliyyətlərini davam etdirməkdədirlər.
ASALA-nın paylaşdığı videoda açıq aydır görünür ki, onlar Paşinyan hakimiyyətindən və faktiki erməni siyasətini dəstəkləmirlər. Erməni bir terror təşkilatının ölkədə terror aktı etməsi çoxda qəribə deyil.
Lakin onlar düşünürlər ki, bu cür fəaliyyət göstərmək Paşinyan hökümətinin istefasına və ya hakimiyyət dəyişikliklərinə nail ola biləcəklər.
Rusiyanın ASALA ilə heç bir əlaqəsi yoxdur.
SSRİ dövründə də Azərbaycandan başqa  bir çox  ölkədə terror hadisələri törədilib.
Bu terrorçular eyni zaman da amerikalılar və avropalılar tərəfindən istifadə edilir. Livanda, Suriyada, fəaliyyət göstərən böyük  aparıcı terror təşkilatları ermənilərə məxsusdur”.
Politoloq əlavə olaraq qeyd edir ki, ümumiyyətlə ASALA kimi terror təşkilatını  maliyyələşdirmək və ya yardım etmək Rusiya siyasətinə uyğun gəlmir çünki onlar  beynəlxalq səviyyədə tanınan terror təşkilatıdır və görünür ki, Qarabağın Azərbaycan tərəfindən işğaldan azad olması terror təşkilatını qəzəbləndirib.
Xəyal Ramiz

Seçilən
252
23
ednews.net

10Mənbələr