AZ

Ağdam Sənaye Parkının rezidentlərinin sayı 27-yə çatıb

Türkiyə kapitallı “Asilsoy” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 27-yə çatıb.

Məlumata görə, müəssisədə tava və qazan istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 100 nəfər işlə təmin ediləcək.

İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.

"Asilsoy" Tükiyədə metal mətbəx əşyalarının istehsalı sahəsində aparıcı şirkətlərdən biridir. Şirkətin məhsulları müxtəlif sifarişçi marka (Karaca, Schafer) adları ilə 15-dən çox ölkəyə ixrac edilir.

Seçilən
234
15
azerforum.com

10Mənbələr