Azərbaycanın daha altı idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.
Ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq.
İdmançımız N qrupundakı ikinci matçında Kirsti Gilmurla (Böyük Britaniya) üz-üzə gələcək.
Ardınca qılıncoynatma yarışları başlayacaq. Təmsilçimiz Anna Başta 1/16 finalda Honq Yu Yanqla (Çin) münasibətlərinə aydınlıq gətirəcək.
Daha sonra ölkəmiz cüdo yarışlarında təmsil olunacaq. Yığmamızın lideri Hidayət Heydərov (73 kq) Tohar Butbul (Serbiya) / Messaud Dris (Əlcəzair) cütünün qalibi ilə qarşılaşacaq.
Boksçuların mübarizəsində isə Məhəmməd Abdullayev (+92 kq) Nelvi Tiafakla (Almaniya) güclünü ayırd etməyə çalışacaq.
Günün sonuna yaxın azarkeşlər yenidən badmintonçuların mübarizəsinə şahidlik edəcəklər. Kişilərin yarışında E qrupunun ilk görüşündə təmsilçimiz
Edi Reski Dviçayo Kollins Filimona (Avstriya) rəqib olacaq.
Sonda isə boksçu Malik Həsənov (63,5 kq) Laşa Quruli (Gürcüstan) ilə 1/8 final görüşünə çıxacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta