AZ

"Onların yaşamağa haqqı yoxdur, atom bombası ata bilərik" - ŞOK

Qəzza zolağına nüvə bombası atmaq mümkün seçimlərdən biridir.
 
Bu sözləri İsrailin mədəni irs naziri Amiçay Eliyahu "Radio Kol Berama"ya müsahibəsi zamanı deyib.
 
Qəzzanın mövcud olma haqqının olmadığını bildirən israilli nazir Fələstin və HƏMAS bayrağı daşıyan heç kəsin yer üzündə yaşamağa haqqı olmadığını bildirib.
 
İsrailin baş naziri Benyamin Netanyahu isə Eliyahunun Qəzza zolağına nüvə bombası atmağın mümkün olması ilə bağlı iddiasını dərhal rədd edib.
 
Sərt reaksiyalarla üzləşən Eliyahu da sözügedən açıqlamalarından bir neçə saat sonra “atom bombası ilə bağlı şərhinin məcazi mənada olduğunu” qeyd edib.
Seçilən
848
41
moderator.az

10Mənbələr