AZ

Messi DÇ-2026-da oynamayacaq?

Bakı. Trend:

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi2026-cı il dünya çempionatında mümkün iştirakından danışıb.

Trend xəbər verir ki, 36 yaşlı forvard bunun çətin göründüyünüdeyib:

“DÇ-2026-da iştirak edəcəyəm? O zaman mənim neçə yaşım olacağınınəzərə alsaq, bu, çətin görünür. Amma yaşayıb görəcəyik”.

Xatırladaq ki, Argentina millisi son düya çempionatının -Qətərdə keçirilən DÇ-2022-nin qalibidir. Messi isə bu mundialın ənyaxşı fubolçusu seçilib. Həmçinin forvard 4 gün əvvəl "Qızıl top"alayiq görülüb. Bu, Messinin karyerası ərzində qazandığı 8-ci "Qızıltop" olub.

Seçilən
787
36
az.trend.az

10Mənbələr