AZ

ABŞ səfirliyinin yaxınlığında partlayış - Ölən və yaralananlar var

ABŞ-nin İsraildəki səfirliyinin yaxınlığında dron partlayışı nəticəsində azı bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

“Təcili xidmət əməkdaşları tərəfindən aparılan axtarışlar zamanı partlayış yerinin yaxınlığındakı mənzildə cansız kişi meyiti aşkar edilib”, – nəşr bildirib. Daha yeddi nəfər isə yaralanıb.

Məlumata görə, partlayış Amerikanın Təl-Əvivdəki diplomatik nümayəndəliyinin binasından 100 metr aralıda olub. Şahidlərin sözlərinə görə, dəniz tərəfdən əraziyə dron uçub. Hazırda irəli sürülən bu versiya aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Seçilən
429
4
azerforum.com

6Mənbələr