AZ

ABŞ-də fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı

ABŞ Prezidenti Cozef Bayden bütün ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini uzadıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Amerika liderinin bəyanatında deyilir.

 

Bu qərarın kütləvi qırğın silahlarının yayılması riski ilə əlaqədar verildiyi vurğulanır.

 

Qeyd edək ki, 1994-cü il noyabrın 14-də ABŞ-nin keçmiş prezidenti Bill Klinton ölkədə fövqəladə vəziyyət elan edilməsi haqqında 12 938 saylı fərman imzalayıb. Sənəd kimyəvi, bioloji və nüvə silahlarının yayılması təhlükəsi ilə əlaqədar hazırlanıb.

Seçilən
452
4
modern.az

5Mənbələr