AZ

Sabah bu rayonların qaz təchizatında fasilə olacaq

Paytaxtın Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz”dan verilən məlumata görə, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsində Cavanşir körpüsünün söküntü sahəsində qaz xəttində aşkar olunmuş güclü qaz sızmasının ləğvi ilə əlaqədar 14.07.2024-cü il tarixdə saat 13:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

 

Təmir-bərpa işləri görülən müddətdə Nəsimi rayonunun Üzeyir Hacıbəyov küçəsinin və Xətai rayonunun Həsən Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
304
2
azerforum.com

2Mənbələr