AZ

Rusiya İran Ali Milli Təhlükəsizlik Şurasının katibini Moskvaya səfərə dəvət edib

İran xarici işlər nazirinin müavini Əli Bağeri Kəni Moskvaya səfəri çərçivəsində Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov ilə görüşüb.

APA xəbər verir ki, görüş zamanı Venediktov hazırda Yaxın Şərqdə baş verən hadisələrin arxasında ABŞ-ın dayandığını vurğulayıb: "ABŞ regionda sabit gərginlik ocaqları yaratmaqla böhran yaratmaq niyyətindədir".

Venediktov Rusiya Təhlükəsizlik Şurasının katibi adından İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı Rusiyaya səfərə dəvət edib.

Görüş zamanı Bağeri isə qeyd edib ki Tehran və Moskva Qəzzanın aciz xalqına qarşı hücumları dərhal dayandırmaq və həmçinin humanitar yardım göndərmək üçün bütün imkanlarından istifadə etməlidirlər.

Bağeri Rusiya Milli Təhlükəsizlik Şurasının katibinin dəvətinə cavab olaraq İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin tezliklə Rusiyaya səfər edəcəyinə ümid etdiyini bildirib.

Seçilən
201
3
apa.az

10Mənbələr