AZ

Doqquz ayda 300 mindən çox daşınmaz əmlakın texniki pasportu tərtib edilib

Doqquz

Bakı, 27 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr ayları ərzində 300 min 179 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz çoxdur. 2023-cü ilin 9 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,6 faiz artaraq 61 min 393 olub.

Hesabat dövründə mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 40 min 205-i fərdi yaşayış və bağ evi, 72 min 566-sı mənzil, 252 min 405-i torpaq sahəsi, 2374-ü qeyri-yaşayış binası, 5487-si qeyri-yaşayış sahəsi, 531-i əmlak kompleksi, 79-u isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 76 min 359-u Bakının, qalanı isə bölgələrin payına düşür.

Seçilən
159
2
azertag.az

5Mənbələr