AZ

Kanadanın Azərbaycanla təhdid dilində danışması faydasızdır

Kanadanın Azərbaycanla təhdid dilində danışması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz.
Bu barədə Azərbaycan XİN-in şərhin­də bildirilir.
Qeyd edilib ki, Kanada nazirinin böl­gədəki vəziyyətdən xəbərsiz şəkildə nü­mayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır.
"Bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərə­findən bunun əksinin iddia edilməsi, Azər­baycanın ərazi bütövlüyü və suverenli­yinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş əra­zilərindən köçkün düşmüş və Ermənis­tandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstə­rilən açıq qərəzin bariz nümunəsidir.
Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməmə­sinə gəldikdə qeyd edək ki, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlış­dır və heç bir tərəfə uğur gətirə bilməz.
Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək in­kişafı və tərəqqisinə maneçilikdən başqa bir şey olmadığı nəzərə alınmalıdır", - şərhdə vurğulanır.
XQ

Seçilən
351
20
xalqqazeti.az

10Mənbələr