AZ

ABŞ Yaxın Şərqdə əlavə HHM sistemləri yerləşdirir

ABŞ ordusu bölgədə THAAD (Terminal High Altitude Area Defence) raketdən müdafiə sistemlərinin batareyalarını və əlavə "Patriot" zenit-raket komplekslərini yerləşdirməklə Yaxın Şərqdəki mövcudluğunu gücləndirir.

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.

O, bu sistemlərin dəqiq yerini və sayını deyə bilmədiyini vurğulasa da, əməliyyatın tam sürətlə getdiyini qeyd edib.

Onun sözlərinə görə, bu tədbirlər regionda Amerika hərbi qüvvələrinin müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Seçilən
447
24
publika.az

10Mənbələr