AZ

Litva Macarıstanın Aİ-dən çıxarılmasının vacibliyinə eyham vurub - ÖZƏL

Olaylar.az xəbər verir ki, Litvanın keçmiş xarici işlər naziri Linas Linkeviçyus bildirib ki, bir çox beynəlxalq mexanizmlərin natamamlığı son vaxtlar özünü büruzə verir. O, qeyd edib ki, bu, müəyyən dövlətlərin Avropa İttifaqından çıxarılmasının mümkünlüyünə aiddir.
"Görünür, bizim "mükəmməl" seçilmiş mexanizmlərimizdə çoxlu qüsurlar var. Aİ müqavilələrinə əsasən , üzv dövlətin  çıxarılması üçün dəqiq mexanizm yoxdur. Rəhbərlik etməyə hazır olanlar yəqin ki, bu problemi həll etməlidirlər", - deyə Linkeviçyus yazıb.
O, yazısına Macarıstanın baş naziri Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə Çində "Bir kəmər, bir yol" sammiti çərçivəsində baş tutan  görüşündən fotosunu əlavə edib . Danışıqlar macar siyasətçinin Aİ və NATO- da tənqid dalğasına səbəb olub . Xüsusilə,  Çexiya hesab edir ki, Orban və Putin arasında görüş Avropanın birliyini pozur.

Seçilən
697
49
olaylar.az

10Mənbələr