Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, bugünkü Avropa İttifaqı (Aİ) Macarıstana təzyiqləri ilə Sovet İttifaqının uğursuz parodiyasıdır.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, Macarıstanın Vesprem şəhərində 1956-cı il Macarıstan İnqilabı ilə bağlı keçirilən tədbirdə çıxış edən Macarıstanın baş naziri Orban bu barədə danışıb.
Orban çıxışında bunları deyib: “Bəli, tarix təkrarlanır. Xoşbəxtlikdən, birinci dəfə faciə olan ən yaxşı halda ikinci dəfə komediyaya çevrildi… Moskva faciə idi, Brüssel isə sadəcə müasir dövrün uğursuz parodiyasıdır. Moskva truba çalarkən biz onların istədiyi kimi rəqs etməli olduq. Brüssel borusu isə çalanda biz istədiyimiz kimi rəqs edirik, istəmədiyimiz zaman isə yox”.
Aİ-nin Macarıstana təzyiq etdiyini, lakin Sovet dövründə bunun “partiya xəbərdarlığı” adlandırıldığı halda, indi “hüququn aliliyi prosesi” adlandırıldığını deyən Orban, Qərb üçün azadlığın “birmənalı” olduğunu bildirib.
//Gülnarə Abasova, Editor.az