AZ

İntensiv yağışlar nəticəsində bəzi çaylardan qısamüddətli sel keçib

İntensiv

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də gecə İsmayıllı rayonu ərazisindən axan Girdimançay-Qaranohur, Quba rayonu ərazisindən axan Vəlvələçay-Təngəaltı və Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran məntəqələrindən sel keçib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a məlumat verilib.

Qeyd olunub ki, hazırda da Quba rayonu ərazisindən axan Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir.

Seçilən
147
30
azertag.az

10Mənbələr