AZ

Cəlilabadda istirahət mərkəzinə gedən mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB-2 - VİDEO - FOTO

Cəlilabadda baş verən yol qəzasında 10 nəfər xəsarət allb.

APA-nın cənub bürosu xəbər verir ki, xəsarət alanlardan biri azyaşlıdır.

Məlumata görə, qəzada xəsarət alanlarln tikiş sexində çalışan şəxslər olduğu bildirilir. Hadisə istirahət mərkəzinə gedərkən baş verib.

Qəza nəticəsində Abasova Pərvanə Yusif qızı – 1980, Babayeva Zəminə Fərhad qızı – 1974, Əliyeva Təranə Ağamirzə qızı - 1973, Cavadova Aynurə Tofiq qızı – 1980, Baxşəliyeva Xatirə Xudaş qızı – 1965, Babayeva Ülviyyə Allahbağır qızı – 1978, Əsgərova Nigar Ağahüseyin qızı – 1961, Əsgərova Rəvanə Kamil qızı - 1987, Bağırov Elşad Bağır oğlu – 1967, Əsgərov Özcan Elşad oğlu - 2019 xəsarət alıblar.

Hazırda hadisənin səbəbləri araşdırılır.

***

12.30

06.06.2024-cü il tarixində saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1 nəfəri kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir. Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.

***

11:35

İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma aparılır.

***

11.19

Cəlilabadda dəhşətli yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən mikroavtobusun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.

Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatı, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Cəlilabadda Cəlilabadda Cəlilabadda
Seçilən
206
1
apa.az

10Mənbələr