AZ

Avtobus qəzasında ölən və yaralananların sayı açıqlandı (RƏSMİ)

Cəlilabadda istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Hadisəsi nəticəsində xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1 nəfəri kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

"Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir. Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb".

Seçilən
234
23
milliyol.az

10Mənbələr