İsrailin yüksək səviyyəli rəsmisi Qəzzada HƏMAS ilə davam edən müharibənin ən azı bu ilin sonuna qədər davam edəcəyini gözlədiklərini bildirib.
Azerforum xəbər verir ki, baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Tzachi Hanegbi, "Qəzzada müharibənin ən azı 7 ay daha davam edəcəyini" söyləyib.
Ölkədə yayımlanan Kan radiosuna danışan Haneqbi qeyd edib ki, qoşunlar Qəzza-Misir sərhədindəki xəttə böyük ölçüdə nəzarət ediblər.
Rəfahda qalan mülki şəxslər hücumların şəhərin mərkəzində və qərbdə həyata keçirildiyini qeyd edirlər. Əməliyyatdan sonra tankların geri çəkildiyi bildirilir.
Rafahda azı 45 nəfərin ölümü ilə nəticələnən hava hücumundan sonra Təl-Əviv böyük beynəlxalq təzyiqlərə məruz qalıb.
Hücuma görə məsuliyyət daşıyanların tapılması üçün paytaxtlardan zənglər gəlir.
Fransa prezidenti Emmanuel Makron İordan çayının qərb sahilindəki Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasla telefonla danışıb.
ABŞ dövlət katibi Entoni Blinken də Moldovaya səfəri zamanı müharibənin başa çatması üçün planın zəruriliyini vurğulayıb.
Türkiyə prezidenti Ərdoğan qrup toplantısında Netanyahunu, Qərb ölkələri və BMT-ni də hədəf alıb.
Qeyd edək ki, müharibədə 34 mindən çox fələstinli və 1400-dən çox israilli həlak olub.
Fatimə
Azerforum.com