Hindistanın meteorologiya idarəsi ölkənin şimal-qərbindəki bəzi bölgələr üçün qırmızı həyəcan siqnalı verib və şiddətli isti dalğası barədə xəbərdarlıq edib.
Azerforum xəbər verir ki, paytaxt Dehlidə havanın temperaturu 50 dərəcəyə yüksəlib. Dehlinin bəzi bölgələrində indiyə qədər qeydə alınan ən yüksək temperatur 49,9 dərəcə Selsi olub.
Hindistan bu yay qeyri-adi yüksək temperaturla mübarizə aparır və hava bürosu paytaxt da daxil olmaqla ölkənin bir çox yerində "isti dalğasından şiddətli isti dalğasına" keçidin davam edəcəyini bildirib.
Yerli medianın məlumatına görə, Racastan əyalətindəki Caypurda daha üç ölüm hadisəsinin isti vurması nəticəsində baş verdiyi, şəhərdə ölənlərin sayının dördə, əyalətdə isə ölənlərin sayının ən azı 13-ə yüksəldiyi bildirilir.
Murad
Azerforum.com