AZ

Qərbin Azərbaycana qarşı mövqeyi dostcasına deyil, Fransa təhrikçi fəaliyyətlə məşğuldur - İqor Korotçenko

Bakı. Trend:

Qərbin Azərbaycana qarşı mövqeyi dostcasına deyil. Buraya həmABŞ-nin ikiüzlü siyasəti, həm də Fransa təhrikçi fəaliyyətidaxildir.

Bu barədə çərşənbə günü Trend-ə Xəzər Strateji Araşdırmalar İnstitutunun(Rusiya) baş direktoru İqor Korotçenko

"ABŞ-də olduqca nüfuzlu və maliyyə resurslarına malik olan,strukturlaşdırılmış və ABŞ siyasətçilərinə, eləcə də Vaşinqtondaqəbul olunan qərarlara təsir etmək üçün çox böyük imkanlara malikerməni lobbisi fəaliyyət göstərir. Aydındır ki, ABŞ-də prezidentseçkiləri öncəsi erməni lobbiçiləri həm Respublikaçılar, həm dəDemokratlar partiyasından prezidentliyə potensial namizədlərləolduqca sıx fəaliyyət göstərir", - deyə o, qeyd edib.

Onun sözlərinə görə, bu və ya digər ABŞ siyasətçilərinin,məsələn Ramasvaminin Azərbaycanın ünvanına ittihamlarla çıxışedərək sübut olaraq ermənilərin Gəncə və Bərdəyə hücum kadrlarınınümayiş etdirməsi bir daha onu sübut edir ki, ermənilobbiçilərindən heç kim obyektivlikdə, ələlxüsus həqiqətdə maraqlıdeyil.

"Qərb Azərbaycanı və Azərbaycan xalqını qaralamaq üçün ən rəziltəxribatlardan istifadə edir. Əslində Ermənistan işğalçı vətəcavüzkar olduğu halda, Azərbaycana tonlarla neqativyüklənilməsinə və ABŞ sakinlərinə Cənubi Qafqazda baş verənlərinəsas təqsirkarının Azərbaycan olduğu fikrinin aşılanmasına haqqqazandırılır. Fikrimcə, Ermənistana, erməni hərbi cinayətkarlarına,erməni işğalı faktlarına, 44 günlük müharibə müddətindəAzərbaycanın dinc şəhərlərinə kütləvi raket zərbələrinə haqqqazandırmağa bu cinayətlərə susmaq və ya onları unutmaq köməketməyəcək", - deyə Korotçenko əlavə edib.

Onun sözlərinə görə, Qərbin Azərbaycana qarşı mövqeyi dostcasınadeyil.

"Buraya həm ABŞ-nin ikiüzlü siyasəti, həm açıq şəkildəerməniləri dəstəkləyən və Cənubi Qafqazda həqiqətdə baş verənlərinaşkara çıxmasını istəməyən Aİ-nin, Avropa Parlamentinin təxribatçıqətnamələri və qərarları da daxildir. Əlbəttə ki, buraya həm dəFransa tərəfindən xüsusi təhrikçi fəaliyyəti daxildir. Bu ölkəmüstəmləkəçilik dövründə dəhşətli cinayətləri, Əlcəzair xalqınınsoyqırımı, əvvəlki dövrlərdə Fransa işğalçılarının əsarəti altındaolan bir sıra Cənub-Şərqi Asiya ölkələrinin onlarla dinc sakiniməhv etməsi ilə tanınıb. Nəhayət, Fransa təkcə Şimali deyil, həm dətropik Afrikada cinayətlər törədib. Bütün bu faktlar bir dahabeynəlxalq münasibətlərin müasir sisteminin ikiüzlülüyünü göstərir.Bu səbəbdən doğruluğun, tarixi həqiqətin müdafiəsi xaricihücumlardan qorunmaq istəyən hər bir dövlətin əsas vəzifəsidir", -deyə o, sonda deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Seçilən
702
3
az.trend.az

4Mənbələr