AZ

Neymar əməliyyat olunacaq

Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymarın ayağındakı ön çarpaz bağı və meniskində yırtıq əmələ gəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hücumçu cərrahi əməliyyat keçirəcək.

Qeyd edək ki, Neymar 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay yığması ilə keçirilən oyunda (0:2) zədələnib.

Seçilən
466
11
sia.az

10Mənbələr