AZ

Azərbaycanda yeni pullu yolla bağlı RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

Regionların davamlı və tarazlı inkişafının təmin olunması üçünmüasir yol-nəqliyyat infrastrukturunun yaradılması müstəsnaəhəmiyyət kəsb edir. Bu baxımdan, “Şimal-Cənub” beynəlxalqnəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-RusiyaFederasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyevqəsəbəsindən başlayaraq tikilən yeni hissəsi ölkəmizin nəqliyyatinfrastrukturunun güclənməsində önəmli rol oynayır. 129 kilometruzunluqda olan bu yol Azərbaycanın tranzit daşımalarda iştirakimkanlarını genişləndirəcək, yüklərin çatdırılma müddətiniazaldacaq, bölgədə turizmin inkişafına təkan verəcək.

Bu yol ənənəvi yoldan qısadır və sürət həddi daha yüksəkdir.Məsafənin qısa və sürət həddinin yüksək olması isə istifadəçilərəvaxtla yanaşı, yanacağa qənaət etməyə imkan verəcək. AzərbaycanRespublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixliqərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyəəsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verənödənişsiz avtomobil yolu mövcud olduqda ödənişli avtomobil yollarıyaradıla bilər və bunun əhalinin həssas təbəqəsinə mənfi təsiriolmur. Çünki bu yoldan istifadə seçimdən asılıdır. Belə ki, eynikeyfiyyətdə ənənəvi yol da mövcuddur.

Həmin yoldan istifadə üzrə gediş tariflərininmüəyyənləşdirilməsi üçün Azərbaycan Avtomobil Yolları DövlətAgentliyi tərəfindən Tarif (qiymət) Şurasına müraciət edilib və 17oktyabr 2023-cü il tarixində Şuranın növbəti iclası keçirilib.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobilyolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobilyolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri vəkütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 kmüçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib. Kütləsi3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digərmaşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yolüzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat)müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, ocümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçünqiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Avtomobil YollarıDövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflibildirib ki, bu, Azərbaycanda inşa edilən ilk ödənişli magistralyoldur.

"Yeni ödənişli yollar olarsa, artıq, yəqin ki, müvafiq təyinolunmuş tariflərə uyğun olacaq. Gələcəkdə də hər hansısa yeniyollarla bağlı gediş tariflərinin müəyyənləşdirilməsi üçünAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tarif(qiymət) Şurasına müraciət edilə bilər. Konkret olaraq indidən nəsədemək tezdir", - deyə o qeyd edib.

Məqalədə:
Seçilən
673
38
az.trend.az

10Mənbələr