Qəzza şəhərində Əl-Əhli xristian xəstəxanasına edilən hücum İslami Cihad qruplaşmasının İsrail ərazisinə uğursuz raket atmasının nəticəsidir. Bizimyol.info xəbər verir ki, bu barədə oktyabrın 17-də axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb. “İMQ-nin əməliyyat sistemlərinin təhlilinə əsasən, zərbə anında düşmən İsrailə raket zərbəsi endirib, onun trayektoriyası xəstəxana ərazisindən keçib. Əlimizdə olan bir neçə mənbədən əldə edilən kəşfiyyat məlumatlarına görə, xəstəxanaya düşmüş uğursuz raket buraxılışına görə İslami Cihad qruplaşması məsuliyyət daşıyır”, - deyə mətbuat xidməti bildirib. HƏMAS-a tabe olan Qəzza Səhiyyə Nazirliyi bundan əvvəl İsrailin Qəzza şəhərində Əl-Əhli Xristian Xəstəxanasına (Əl-Məmədani) hücum etdiyini bildirmişdi. Xəstəxana Qüdsün Anqlikan Yeparxiyası tərəfindən idarə olunur. Fələstin mediası və Əl-Cəzirə telekanalı raketin xəstəxanaya düşdüyünü və çoxlu sayda insanın - son məlumatlara görə, 800-ə qədər insanın öldüyünü bildirir. Dağıntılar altında daha çox insan ola bilər. Hadisə yerindən ilk görüntülərə görə, partlayış xəstəxana binasını praktiki olaraq dağıdıb. Xəstəxanada evlərini tərk edən yüzlərlə fələstinli yerləşdirilmiş, həmçinin xəstələr və yaralılar müalicə olunub. Əl-Əhli xəstəxanası Qəzza zolağının şimal hissəsində yerləşir, iki gün əvvəl İsrail ordusu bu ərazilərin sakinlərini tərk edib cənuba evakuasiya etmək barədə xəbərdarlıq edib. “Washington Post”un jurnalisti Evan Hill “Twitter” səhifəsində raketin xəstəxanaya dəyməsinin videosunu yayıb. Hill iddia edir ki, nəşr videonun geolokasiyasını təyin edib və onun həqiqiliyini təsdiqləyib. Əl Əhli Xəstəxanasından çəkilmiş fotoşəkillər yanğının xəstəxana dəhlizlərini bürüdüyünü, şüşə qırıqları və bədən hissələrinin əraziyə səpələndiyini göstərir. Qəzza şəhərindəki bir neçə xəstəxana İsrailin onları bombalamayacağına ümid edərək yüzlərlə fələstinli üçün sığınacaq olub. İsrail Hərbi Hava Qüvvələri dəqiq silahlardan istifadə edir, Qəzza zolağındakı bütün xəstəxanaların xəritələri çəkilib və planlaşdırılmayan və ya hədəf alınmayan zonalardır. İsrailin baş naziri Benyamin Netanyahu deyib: “Bütün dünya bilməlidir: Qəzzada xəstəxanaya edilən hücuma görə barbar terrorçular məsuliyyət daşıyır. Dəlillər İsrail Müdafiə Qüvvələrinə aid deyil. Uşaqlarımızı öldürənlər indi öz övladlarını öldürürlər”. Qadir, Bizimyol.info Video of the moment of the blast at Al Ahli Hospital, geolocated by The Post, captures a whirring through the air and then a blast, followed by orange flames: https://t.co/9C6AYwyP02 pic.twitter.com/Fa7T2DinCj — Evan Hill (@evanhill) October 17, 2023
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta