AZ

Metobalizmanı sürətləndirən qidalar hansılardır?- Araşdırma

Metobalizma insan həyatı üçün ən önəmli proseslərdən biridir. Metabolizm orqanizmdə gedən maddələr mübadiləsi proseslərinə deyilir. Bəzi insanlar metobalizma prosesi zəif olduğuna görə kökəlməyə meyilli olurlar. Lakin arıqlamaq, artıq çəkidən qurtulmaq istəyənlərin də əsas məqsədi metabolizmi gücləndirmək olmalıdır.  Metobalizmanın sürətləndirməyin bəzi yolları var. Bunlardan ən rahat üsulu düzgün qidalardan istifadə etməkdir. Bəzi qidalar metabolizmanızı sürətləndirə bilər. Bəs maraqlıdır, hansı məhsullar maddələr mübadiləsini gücləndirir?Mütəxəssislər qeyd edirlər ki, belə qidalardan biri avokadodur. Bu, mono və çox doymamış yağdan ibarət olan bir meyvədir. Nahar yeməyində yalnız bir avokado yemək belə, saatlarla insanı tox tuta bilər.Yaşıl çayda olan kateşinlər də metabolizmanı sürətləndirir və yağın əriməsi ilə bərabər arıqlamağa kömək edir. Gündə ən azı iki fincan yaşıl çay içmək metabolizmanızı sürətləndirəcək. Maddələr mübadiləsini sürətləndirən vasitələrdən biri də qəhvədir. Buna tərkibindəki kofein maddəsi səbəb olur.Kokos yağı metabolizmanın sürətini artırır və qaraciyəri qoruyur.Acı bibərin tərkibindəki maddələr metabolizmanı sürətləndirməkdə çox uğurludur. Yumurta isə protein və sağlam yağ mənbəyidir, ən lazımlı qidalardan biridir. Kalorisi azdır. Zəncəfil də bu qida vasitələri arasında yer alır. Yeməklərə və ya içkilərə zəncəfil əlavə etmək bədən istiliyini tənzimləyir və metabolik sürətini artırır. Taxıl, meyvə və tərəvəzlər çəki atmaq üçün ən vacib elementlərdir. Onlardakı antioksidantlar, vitaminlər və minerallar metabolizmi sürətləndirir. Yağ əriməsini təmin etmək və sürətləndirmək üçün metabolizmanın ən yaxşı fəaliyyət göstərdiyi səhər saatlarında kifayət qədər və davamlı olaraq səhər yeməyi yemək şərtdir. Hər 2-3 saatdan bir ara qidalanması metabolizmanızın aclığa qarşı siqnallar almasının qarşısını alır.  İdmanla məşğul olmaq, təmiz havada çox gəzmək, tez-tez lakin az az yemək, yod çatışmazlığını aradan qaldırmaq və s. bu kimi vərdişlər metabolizmi sürətləndirməyin ən sadə və rahat üsullarından biridir. Bu sadaladığımız vərdişləri həyat tərzinizin bir hissəsinə çevirin ki, bədəniniz daim sağlam, möhkəm və gümrah olsun. Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
86
6
missiya.az

10Mənbələr