Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub.
APA xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirdi.
Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.
***
16.48
Xəbərə foto əlavə edilib.
***
saat 15.24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub.
APA-nın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.





