AZ

Kəmaləddin Heydərov Rusiyadakı terror aktı ilə bağlı həmkarına başsağlığı verib

Ednews xəbər verir ki, Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkova başsağlığı məktubu göndərib.
Məktubda Moskva vilayətindəki “Crocus City Hall”da törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı və ağır fəsadlarla əlaqədər qarşı tərəfə başsağlığı çatdırılıb.
 
Nazir həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

Seçilən
173
18
ednews.net

10Mənbələr