İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın hücumundan ən çox zərər çəkən iki sərhəd icmasına - Beeri və Kfar-Azzaya baş çəkib.
Bu barədə Publika.az “Times of Israel”ə istinadən xəbər verir.
Bu, Netanyahunun 1 000-dən çox insanın ölümü ilə nəticələnən 7 oktyabr hücumundan sonra ilk səfər olub.
İsrail Baş Nazirinin Ofisi Netanyahunun "dəhşətli qətllərin baş verdiyi evlərin xarabalıqları arasında gəzdiyini" bildirib.