AZ

İsinmək üçün ocaq yandırdı,MEŞƏ YANDI!

Antalyanın Kəmər rayonunda baş verən meşə yanğını qrupların müdaxiləsi ilə nəzarətə götürülüb.

“İki sahil” CNN TÜRK-ə istinadla xəbər verir ki, yanğını törətməkdə şübhəli bilinən şəxs yanan ərazidə huşsuz vəziyyətdə tapılıb. Meşə mühafizəsi əməkdaşları tərəfindən xilas edilən şübhəli şəxs ilkin

ifadəsində spirtli içki qəbul etdikdən sonra isinmək üçün ocaq yandırdığını bildirib.

Müxtəlif cinayətlərdən dəfələrlə cəza çəkən F.K.-nın (25) xəstəxanada aparılan yoxlamalardan sonra Kemer Polis Müdirliyi qrupları tərəfindən şübhəli şəxs qismində polis bölməsinə aparılacağı bildirilib.

Seçilən
318
1
ikisahil.az

10Mənbələr