AZ

"Sabah" "Qəbələ"yə qalib gəldi, "Kəpəz" “Neftçi” ilə heç-heçə etdi

Misli Premyer Liqasında 26-cı turun oyunları davam edir.

525.az xəbər verir ki, bu gün 2 matç keçirilib. Əvvəlcə "Kəpəz" "Neftçi"ni qəbul edib. Görüşdə 6 qol vurulsa da, qalib müəyyənləşməyib - 3:3. Matçda "Neftçi"nin futbolçusu Filip Ozobiç het-trik edib.

"Qəbələ" isə "Sabah"ın qonağı olub. Bu qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər. Davit Volkov oyunda dubl edib. Bu qələbə sayəsində "Sabah" turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

9 mart (şənbə)

17:30. “Sabah” – “Qəbələ” - 2:1

Qollar: Davit Volkov, 19 (1:0), 41 (2:0), Əyyub Allaş, 45+3 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev
“Bank Respublika Arena”

15:00. “Kəpəz” – “Neftçi” - 3:3

Qollar: Junior Martins, 6 (1:0), Filip Ozobiç, 32 (1:1), Elçin Əlicanov, 47 (2:1), Filip Ozobiç, 57 (2:2), Martins Junior, 62 (3:2), Filip Ozobiç, 78-pen. (3:3)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu

10 mart (bazar)

15:30. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu

18:00. “Qarabağ”– “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
T.Bəhramov adına Respublika Stadionu

8 mart (cümə)

 “Səbail” – “Sumqayıt” - 0:1























Bizi Facebookda izləyin

Seçilən
398
10
525.az

10Mənbələr