AZ

Şamaxıda palçıq vulkanı püskürüb

Şamaxı rayonunun Məlikçobanlı kəndi ərazisində palçıq vulkanı püskürübAzVision.az xəbər verir ki, palçıq vulkanı təxminən 10-15 metr hündürlüyə püskürüb

Kənd sakinlərinin sözlərinə görə, vulkan püskürməsindən öncə ərazidə uğultu səsi eşidilib. Sonra yerin dərinliyindən çıxan lava müəyyən ərazidə torpağın üz səthinə yayılıb.

Belə vulkanlar üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb.

Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir.

AzVision.az

Seçilən
169
46
azvision.az

10Mənbələr