AZ

Bakının Səbail rayonu ilə ABŞ-ın Oyl Siti şəhəri qardaşlaşıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Səbail rayonu ilə ABŞ-ın Pensilvaniya ştatının OylSiti şəhəri arasında “Qardaşlaşmış Şəhərlər haqqında Protokol”imzalanıb.

Ölkəmizin Birləşmiş Ştatlardakı səfirliyindən Trend-ə bildirilib ki,sözügedən tarixi razılaşmanın reallaşması çərçivəsində AzərbaycanınABŞ-dakı səfiri Xəzər İbrahim ABŞ-ın Pensilvaniya ştatına səfəredib.

İmzalanma mərasimində ştat və şəhər meriyasının rəsmiləri, yerliictimaiyyətin nümayəndələri, diplomatlar və kütləvi informasiyavasitələrinin təmsilçiləri iştirak ediblər.

Protokolda qardaşlaşmış şəhərlər arasında iqtisadi, mədəni,turizm və ümumi maraq doğuran digər bütün sahələrdə əməkdaşlıq,birgə proqram və layihələrin təşkili, habelə təcrübə və məlumatmübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.

Mərasimdə qeyd olunub ki, əldə olunmuş razılıq əsasında,həmçinin Oyl Siti şəhəri və Səbail rayonu arasında dostluq vəqardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrinigenişləndirmək planlaşdırılır.

Mərasimdə səfir X.İbrahim yerli medianın suallarınıcavablandırıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirmübadiləsi aparılıb.

Neft sənayesi ilə bağlı ortaq dəyərlərdən danışan diplomat qeydedib ki, regionda ilk neft quyusu Azərbaycandan tam 13 il sonra,1859-cu ildə Pensilvaniya ştatının Titusvil ərazisindəki Dreykbölgəsində qazılıb. Dünyanın bu iki fərqli bölgəsində baş vermişneft sənayesi ilə bağlı tarixi hadisələr bugünkü əməkdaşlığıntarixi köklərinin əsasını və möhkəm təməlləri inşa edir.

Konfransın rəsmi hissəsindən sonra Azərbaycanın Vaşinqtondakısəfirliyi tərəfindən qonaqlar, o cümlədən ştat sakinləri üçünziyafət təşkil olunub.

Bakının
Bakının
Bakının
Bakının
Məqalədə:
Seçilən
520
9
az.trend.az

10Mənbələr