AZ

Çempionlar Liqası: “Bavariya” “Latsio”nu, “Real Sosyedad” PSJ-ni qəbul edəcək

Çempionlar

Bakı, 5 mart, AZƏRTAC

Bu gecə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, Almaniya çempionu “Bavariya” İtaliyanın “Latsio” komandasını qəbul edəcək. İlk görüşdə “Latsio” Münhen təmsilçisini 1:0 hesabı ilə məğlub edib. Oyun saat 00:00-da başlayacaq.

Eyni saatda “Real Sosyedad” Fransa nəhəngi PSJ-ni qəbul edəcək. Bu komandalar arasında baş tutan ilk qarşılaşmada Paris klubu 2:0 hesabı ilə qalib gəlib.

 

Seçilən
286
44
azertag.az

10Mənbələr