AZ

Səhər saatlarında PİS XƏBƏR - Ölən var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən 32gun.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğın söndürülüb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yanıq xəsarəti alıb.

 

Seçilən
470
19
32gun.az

10Mənbələr